AZ

Vanda Nara şikayət etdi, İkardi məhkəmə qarşısına çıxarılacaq

“Qalatasaray”ın futbolçusu Mauro İkardi məhkəmə qarşısına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb həyat yoldaşı Vanda Naranın futbolçunu şikayət etməsidir. 

Argentina mətbuatının yazdığına görə, V.Nara aralarında yaşanan mübahisədən sonra İkardidən şikayətçi olub. Forvarda “qadına şiddət” maddəsi ilə cinayət işi açılıb. 
Mauro İkardinin məhkəmə qarşısına çıxarılacağı bildirilib. 

Qeyd edək ki, bir neçə müddət öncə Mauro İkardi və Vanda Nara ayrılıb. Onlar rəsmi boşanmasa da, Vanda Nara özünə yeni sevgili tapıb və onunla görüntülərini sosial şəbəkədə paylaşıb. Həmin görüntülərə sinrilənən futbolçu Argentinaya yollanaraq Nara ilə danışmaq qərarına gəlib. Nəticədə tərəflər arasında qalmaqal yaranıb. 

Seçilən
42
1
qafqazinfo.az

2Mənbələr