AZ

ABŞ mətbuatı COP29 ilə bağlı ölkə Konqresinə müraciət etdi

Bakı. Trend:

Tanınmış politoloq və jurnalist Erməni lobbi təşkilatı ANCAtərəfindən dəstəklənən ABŞ Konqresindəki Erməni Qrupunun təsisçisivə həmsədri, konqresmen Frank Pallone və senator Ed Markininrəhbərliyi ilə 60 nəfər Konqres üzvünü dövlət katibi EntoniBlinkendən Azərbaycanı qınamaq üçün COP29 Konfransındanyararlanmağı xahiş etdiklərinə görə qınayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tanınmışpolitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinintəsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu Yorkşəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytındadərc olunmuş “COP29 siyasiləşdirilməməlidir” başlıqlı məqaləsindəyazıb.

Qeyd olunub ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrləüzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhzbu məsələlərə yönəltməli, başqa məsələlərlə diqqətiniyayındırmamalıdır. Konqresmenlər və senatorlar belə etməklə dövlətkatibini 11 sentyabr terrorundan sonra Əfqanıstana hərbi kontingentyeridən ABŞ-nin Cənubi Qafqazdakı ən etibarlı müttəfiqlərindənbirini qınamağa çağırırlar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmişdə Ermənistanla hərbimünaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olanodur ki, hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçünsülh prosesi gedir. Azərbaycan öz qonşuları ilə sülh şəraitindəümumi rifah naminə yaşıl gələcək qurmağa qərarlıdır. Bildirilib ki,hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesiniirəlilətmir və eyni zamanda ABŞ-nin regiondakı maraqlarına ziddir,çünki iqlim dəyişikliyi kimi kritik əhəmiyyətli məsələlərdəAzərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa xələlgətirir.

Yazıda həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞkonqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həllyollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər.Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyietməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/11/05/cop29-should-not-be-politicized/

Seçilən
54
7
az.trend.az

9Mənbələr