COP29-la bağlı ölkəmizdə olan israilli ravvin Azərbaycanda yaşayan yəhudi uşaqların polis mühafizəsi olmadan təhlükəsiz şəkildə məktəbə getdikləri üçün Prezident İlham Əliyevə təşşəkkür edib.
Turkustan.az xəbər verir ki, israilli din xadiminin təşəkkür videosuni həmvətənləri X sosial şəbəkəsində paylaşıblar.
Paylaşımda Bakıdakı yəhudi məktəbini göstərən ravvin deyir:
"Bu, müsəlman ölkəsində yəhudi məktəbidir. Rabbi Seqalla tanış olun. Biz Bakıda onun gözəl məktəbini yoxlayırıq. Azərbaycan dilində danışırlar. İlk dəfədir eşidirəm. Bəs bu yəhudi məktəbi açılanda açılışa kimlər gəldi? Azərbaycan Prezidenti, İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin baş ravvini, Rusiyanın baş ravvini...
Əgər yəhudilərlə müsəlmanların bir yerdə sülh içində yaşaya bilməyəcəyini düşünürsənsə, bu, yəqin ki, hələ Azərbaycanda olmamısan deməkdir". /modern.az/