Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, efsanəvi idmançı görüntülərini sosial şəbəkə hesabında yayıb.
O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video paylaşıb.
“Barselona”nın sabiq oyunçusu Bakıya təşəkkür edib və növbəti il COP30-un Braziliyada keçiriləcəyini qeyd edib.