![Cəbrayılda](/uploads/posts/2024-11/51696e6424_qeza1jpg-1615626055.jpg)
Cəbrayıl rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, "Hyundai" markalı minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri - minik avtomobilinin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.
Məlumata görə, ölən şəxslər qohumdur.
Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır(Report).