AZ

Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

Türkiyə milli komandasının sabiq üzvü Ömer Toprak gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu öz sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, Ömer Toprak Almaniyanın "Ravensburq" klubunun yetirməsidir. Təcrübəli müdafiəçi karyerası ərzində "Frayburq", "Bayer", "Borussiya", "Verder" və "Antalyaspor"da çıxış edib. O, bu müddət ərzində keçirdiyi 430 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.Ömer Türkiyə millisinin heyətində meydana çıxdığı 27 oyunda 2 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
48
1
sportal.az

2Mənbələr