AZ

Avropa Komissiyası "Facebook"un sahibini 800 milyon avro cərimələyib

Avropa Komissiyası “Meta” korporasiyasını  "Facebook"da reklamda rəqabət qaydalarını pozduğuna görə təxminən 800 milyon avro cərimələyib.

 Demokrat.az xəbər verib ki, bu barədə AK-nin saytında məlumat verilib.

Sənəddə deyilir: “Avropa Komissiyası Meta-nı Aİ-nin antiinhisar təcrübələri ilə bağlı qaydalarını pozduğuna görə 797,72 milyon avro cərimələyib".

AK-nın məlumatına görə, şirkət "Marketplace" onlayn xidmətini özünün "Facebook" sosial şəbəkəsi ilə əlaqələndirib. Beləliklə, "Meta" birtərəfli qaydada platformalarında reklam verən digər onlayn reklam yayımı xidməti təminatçılarına ədalətsiz ticarət şərtləri tətbiq edib.

2019-cu ildə Facebook-un pulsuz xidmətlər təklif edərək və məlumatların toplanmasından qazanc əldə edərək dominant mövqeyindən sui-istifadə etdiyinə dair rəqib iddialardan sonra AB-nin "Meta" ilə bağlı antiinhisar araşdırması başladılıb.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
38
demokrat.az

1Mənbələr