AZ

Aİ Baydenə son liderlik dönəmində Kiyevlə bağlı MÜRACİƏT EDİB

Avropa İttifaqı (Aİ) Co Baydendən ABŞ prezidentlik müddəti bitənə qədər Ukraynaya dəstəyi artırmağı xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Avropa liderləri Kiyevi daha çox silah və artilleriya ilə təmin etməyi, həmçinin Rusiyanın əsas gəlir mənbələrinə qarşı əlavə sanksiyalar tətbiq etməyi xahiş ediblər. Eyni zamanda, müraciətlərin çoxu “qeyri-rəsmi”dir.

“Baydenin tələbləri yerinə yetirmək üçün çox az vaxtı olsa da, ABŞ artıq noyabrın sonuna qədər Rusiya neft donanmasına və Şimali Koreyaya qarşı yeni sanksiyaların qəbulu üzərində işləyir”, - nəşr yazıb.

Bizim.Media

Seçilən
61
1
bizim.media

2Mənbələr