AZ

Azərbaycan şirkətləri yüksək maaşla işçilər axtarır - MAAŞ 2000-3000-4000-5000 MANAT - VAKANSİYALAR

Sinteks Group of Companies

Brend Menecer

Son tarix 07 dek 2024 - [email protected]

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir. Sinteks Şirkətlər Qrupuna daxil olan SSİ şirkətinə hazırda “Brend Menecer” tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Brend Menecer biznesin bütün istiqamətlərində brendin böyüməsini və uğurunu təmin etmək üçün strateji təşəbbüslərə rəhbərlik edir. Marketinq, əməliyyatlar, maliyyə və təchizat zəncirinin idarə edilməsini əhatə edən hərtərəfli strategiyalar hazırlayır və həyata keçirir. Bazar dinamikasını və istehlakçı davranışını təhlil edərək, yeniliklər edir və böyümə hədəflərinə çatmaqla cəhd göstərir. Partnyorlarla və maraqlı tərəflərlə əməkdaşlıq edərək, mükəmməlliyi artırır və brendi gəlirlilik və davamlılığa doğru istiqamətləndirir.

Vəzifə öhdəlikləri:

Brend strategiyası və mövqeləndirmə

  • Ümumi brend strategiyasını müəyyən etmək və həyata keçirmək, hədəf auditoriyanın diqqətini cəlb etdiyinə və brendi rəqiblərdən fərqləndirdiyinə əmin olmaq
  • Bazar tendensiyalarını, istehlakçı üstünlüklərini və rəqib fəaliyyətlərini izləmək, brend strategiyalarını və inkişafını müəyyən etmək
  • Yenilikçiliyi təşviq etmək və brendin təkliflərini, o cümlədən yeni məhsulları, mağaza dizaynlarını və müştəri təcrübəsini yaxşılaşdırmaq üçün əsaslı həlləri davamlı olaraq təkmilləşdirmək

Brend rəhbərliyi və keyfiyyətə nəzarət

  • Brendin vizyonu və dəyərləri ilə uyğun gələn müstəsna keyfiyyət və müştəri təcrübələri təqdim etmək üçün brend komandasına rəhbərlik etmək və motivasiya vermə
  • Bütün mağazalarda ardıcıllığı və mükəmməlliyi təmin etmək üçün aydın brend standartları və hədəfləri müəyyən etmə
  • Təkmilləşdirmə sahələrini müəyyən etmək və lazımi dəyişiklikləri həyata keçirmək üçün mütəmadi olaraq brend yoxlamaları və keyfiyyət qiymətləndirmələri aparmaq

Əməliyyat idarəetməsinə nəzarət

  • Mağazaların əməliyyat fəaliyyətinə nəzarət etmək, brend standartlarına, hədəflərinə və uyğunluq tələblərinə uyğunluğu təmin etmək
  • Brendin mövcudluğunu, müştəri təcrübəsini və keyfiyyətə nəzarəti yaxşılaşdıran strategiyaları hazırlamaq və həyata keçirmək
  • Mağaza əməliyyatları ilə bağlı əsas performans göstəricilərini (KPI) izləmək və hər hansı problemləri və ya təkmilləşdirmə imkanlarını həll etmək

Heyətin idarə edilməsinə nəzarət

  • Mağazaların brendin dəyərlərini əks etdirən istedadlı şəxslərlə adekvat şəkildə işlə təmin olunmasını təmin etmək üçün İnsan Resursları ilə sıx əməkdaşlıq etmək
  • İşçilərin inkişafını təşviq edən müsbət iş mühitinin yaradılmasına rəhbərlik etmək və dəstək vermək
  • Performans qiymətləndirmə metrikalarını nəzərdən keçirmək və heyətin inkişafı və təlim təşəbbüsləri üzrə brendin məqsədlərinə uyğun strateji təkliflər vermək

Maliyyə idarəetməsi və Təchizat Zənciri nəzarəti

  • Brendin maliyyə sağlamlığını və mənfəətliliyini təmin etmək üçün gəlir və xərc proqnozlaşdırması da daxil olmaqla büdcələrin hazırlanmasına və idarə edilməsinə nəzarət etmək
  • Maliyyə performansını izləmək, kənarlaşmaları təhlil etmək və təkmilləşdirmə tədbirləri həyata keçirmək
  • Gəlir imkanlarını maksimum dərəcədə artıraraq xərclərin nəzarət tədbirləri həyata keçirmək

Komandanın inkişafı və Əməkdaşlıq

  • Brend komandası daxilində əməkdaşlıq və açıq ünsiyyət mədəniyyətini təşviq etmək, fikir və ən yaxşı təcrübələrin paylaşılmasını təşviq etmək
  • Mağaza menecerlərini və işçilərini müstəsna xidmət göstərməyə və brendin dəyərlərini əks etdirməyə imkan verən təlim proqramlarını hazırlamaq və həyata keçirmək üçün sıx əməkdaşlıq etmək
  • Vahid bir brend təcrübəsini təmin etmək üçün brend komandası, marketinq, məhsul inkişafı, maliyyə və digər şöbələr arasında çoxfunksiyalı əməkdaşlığı təşviq etmək

Brend strategiyasının inkişafı

  • Yeni mağazalar üçün potensial yerləri müəyyən etmək və şirkətin biznes maraqlarının olduğu xarici bazarlara genişlənmənin rentabelliyini qiymətləndirmək üçün bazar araşdırmaları və fizibilite araşdırmaları aparmaq

Tərəfdaşlıq əlaqələrinin idarə edilməsi

  • Brend artımını və uğurunu dəstəkləmək üçün franşiza tərəfdaşlar, investorlar və sənaye tərəfdaşları da daxil olmaqla əsas maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və qorumaq

Professional biliklər:

  • İngilis dili – yüksək səviyyədə
  • MS Office proqramlarında səlis işləmək bacarığı

Təhsil:

  • Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir)

İş təcrübəsi:

  • Geyim və ya pərakəndə satış sahəsində; idarəetmə və büdcə idarəçiliyində sübut olunmuş 5 ildən artıq təcrübə

Əmək haqqı:

  • 3000-5000 AZN gross (Namizədin bilik və bacarıqlarına nəzərən müəyyənləşdirilir)

Professional bacarıq və səriştələr: 

  • Liderlik və ünsiyyət bacarıqları
  • Maliyyə səriştəsi
  • Büdcə çərçivəsində bir neçə layihəni idarə etmək təcrübəsi
  • Problem həll etmə və qərar qəbul etmə bacarığı
  • Sürətli templi mühitdə çox tapşırıqla işləmək bacarığı
  • Satış nöqtəsi (POS) sistemləri və biznes proqramlarından istifadə bacarığı

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Brend Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

 

 

Company

Помощник по управлению и развитию бизнеса/Biznesin idarə edilməsi və inkişafı üzrə köməkçi

 Son tarix 28 noy 2024 - [email protected]

О роботе

  • Развитие и продвижение проектов в сфере обслуживания и ритейла  с универсальным пониманием и всесторонней поддержкой 
  • Пятидневный рабочий день с 09:00 до 18:00
  • При необходимости выход в субботу
  • Зарплата: 3000 – 5000 азн. Первоначальный оклад – в зависимости от квалификации работника на первоначальном этапе. 

Требования

  • Опыт работы на руководящих должностях в солидных Компаниях, документировано подтверждённый
  • Высокое знание азербайджанского, английского и русского языков
  • Понимание маркетинговой и рекламной деятельности
  • Навыки и способности по организации продаж
  • Понимание прогнозирования
  • Навыки по поиску и созданию клиентской базы
  • Опыт ведения переговоров с зарубежными партнёрами
  • Знания международной финансовой деятельности
  • Опыт работы с договорами и их юридическое понимание
  • Общее понимание нормативных правовых документов и Налогового Законодательства Азербайджанской Республики
  • Опыт организаторской работы, коммуникабельность, общительность и умение руководить подчинённым персоналом
  • Опыт по ведению контроля за дисциплиной на предприятии
  • Опыт и навыки по анализированию и исполнению поручений руководителя
  • Готовность к выезду в зарубежные командировки для участия на выставках, встречах с партнёрами и подборе товара
  • Возраст 25 - 45 лет
  • Oбразование Высшее
  • Опыт работы от 3-5 лет

Город Баку

Whatsapp: 051-972-64-68

СV должно направляться с личного адреса электронной почты конкурсанта. Любое несоответствие, выявленное в поданном CV, будет служить причиной для отказа данному кандидату для участия в конкурсе. Просим, не направлять в наш адрес CV с данными несоответствующими нашим требованиям.
В связи с большим потоком поступающих в наш адрес CV для быстрого их рассмотрения, просим CV высылать на азербайджанском или русском языках, обязательно с фотографией высокого качества для получения информации об имидже кандидата.

3000-5000 AZN

  • Şəhər Bakı
  • Yaş həddi   25 - 45 yaş
  • Təhsil Ali
  • İş təcrübəsi 3 ildən 5 ilə qədər

İş barəsində məlumat

  • kompleks yanaşma və hərtərəfli dəstək çərçivəsində Xidmət və retail sahəsində layihələrin inkişafı və təşviqi 
  • İş qrafiki: həftə içi (I-V gün) - 09:00-dan 18:00-a kimi
  • Zərurət yaranarsa, şənbə günü işə çıxmaq
  • Əmək haqqı: 3000-5000 AZN (İlkin əmək haqqı – ilkin mərhələdə işçinin kvalifikasiyasından asılı olaraq)

Şərtlər

  • Ciddi şirkətlərdə rəhbər vəzifələrdə iş təcrübəsi (sənədlərlə təsdiq olunmuş)
  • Azərbaycan, ingilis və rus dillərini ən yüksək səviyyədə bilmək
  • Marketinq və reklam fəaliyyəti haqqında anlayışın olması
  • Satışların təşkili işində bacarıq və qabiliyyətin olması
  • Proqnozlaşdırma bacarığı
  • Müştəri bazasının axtarılması və yaradılması bacarıqları
  • Xarici tərəfdaşlarla danışıqlar aparma təcrübəsi
  • Beynəlxalq maliyyə fəaliyyəti haqqında biliklər
  • Müqavilələrlə iş və onların hüquqi anlayışı üzrə təcrübə
  • Azərbaycan Respublikasının normativ hüquqi sənədləri və vergi  qanunvericiliyi haqqında ümumi anlayış
  • Təşkilatçılıq təcrübəsi, ünsiyyətcilik, insanlarla yaxşı münasibət qurma və tabeliyindəki işçilərə rəhbərlik etmə bacarığı
  • Müəssisədə intizamın qorunmasına nəzarət təcrübəsi
  • Rəhbərin tapşırıqlarını analiz etmə və yerinə yetirmə bacarıqları
  • Tərəfdaşlarla görüşlər keçirmək, məhsul seçmi ilə bağlı sərgilərdə iştirak etmək üçün xarici işgüzar səfərlərə hazır olmaq

CV şəxsi elektron ünvanından göndərilməlidir. Təqdim olunan CV-də aşkar edilən hər hansı uyğunsuzluq bu namizədin müsabiqədə iştirakına imtinasına səbəb olacaq. Xahiş edirik, tələblərimizə uyğun olmayan CV-ləri bizə göndərməyin.

CV-lərin böyük axınını nəzərə alaraq, onların tez baxılmasını təmin etmək məqsədi ilə CV-ni Azərbaycan və ya rus dillərində, namizədin imici ilə bağlı məlumat əldə etmək üçün isə mütləq yüksək keyfiyyətli fotoşəkillə göndərməyinizi xahiş edirik.

 

 

Baku Project Group

Konstruktor

Son tarix 01 dek 2024 - [email protected]

Tələblər:

  • Uyğun sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
  • Layihələrin təqvim üzrə planlaması 
  • Kompüter bilikləri: AutoCAD, Lira, Tekla Structure;
  • Məsuliyyətli, dəqiq və işin vaxtında, keyfiyyətli təhvil verilməsi
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • İnşaat konstruksiyalarının hesabatlarının aparılması (metal, dəmir- beton konstruksiyalar), 
  • Bina və qurğuların statik və dinamik yüklərə görə hesablamalarının aparılması
  • Metal konstruksiya , demir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi və konstruktiv cizgilərin hazırlanması
  • Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması
  • Əmək haqqı: 4000 Azn
  • İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Ünvan: A.Cəlilov küçəsi 20.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq e-mail ünvanına göndərməsi xahiş olunur.

 

OKI Hospital

Anestezioloq-reanimatoloq

Son tarix 14 dek 2024 - [email protected]

Tələblər:

  • Ali təhsil;
  • Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
  • Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri arzuolunandır);
  • İxtisas üzrə azı 5 il iş təcrübəsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Tam iş günü;
  • Əmək haqqı 3000 AZN və yuxarı;
  • Yaşayış yeri klinika tərəfindən təmin edilir.

Vakansiya ilə maraqlanan namizədlər Subject/Mövzu hissəsində müraciət olunan vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

Əlavə məlumat üçün (050) 767-60-08 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Sizi komandamızda görməyə şad olarıq!

Ünvan Qusar şəh., F. Musayev küç., 27

 

DO IT MMC

Developer / Proqramçı

Son tarix 14 dek 2024 - [email protected]

Responsibilities:

  • Development of software modules and services for the electronic document management system.
  • Development of integration modules and services for the electronic document management system, including development of integration with various Electronic signatures.
  • Development or modification of software robots on the RPA platform.
  • Scaling of software robots (RPA) in terms of additional subprocesses;
  • Testing of the developed functionality. Debugging and fixing errors found during testing.
  • Fixing errors found by other developers.
  • Implementation of the developed functionality
  • Maintenance, support, technical support in the context of the developed functionality, writing documentation and instructions.

Required:

  • 2+ years of experience in web development on the .NET platform using C# (.NET 7 experience for at least 1 year)
  • Experience with databases (MS SQL/PostgreSQL), ADO.NET, and knowledge of T-SQL
  • Understanding of OOP principles, SOLID, and proficiency in main design patterns
  • Experience working with SOAP (knowledge of main concepts, ability to create and process messages)
  • Understanding of REST architecture and experience developing RESTful APIs
  • Proficiency in working with XML and JSON data
  • Strong knowledge of cryptography and experience with electronic signatures (ES)
    • Understanding of public and private key encryption principles
    • Knowledge of popular hashing algorithms (SHA-256, SHA-512, etc.)
    • Ability to use digital signature algorithms (RSA, ECDSA, etc.)
    • Understanding of the structure and functioning of certificate chains
    • Familiarity with electronic signature formats (CADES, XADES, PADES)
    • Types of electronic signatures (attached ES, detached ES)
  • Experience with GIT
  • Experience with unit testing
  • Knowledge of Azerbaijani and Russian is required, English at a technical level.

Preferably to know:

  • Knowledge of C++
  • Knowledge of HTML 5, CSS, JavaScript, VBA, Python, Java
  • Familiarity with ASP.NET MVC, ASP.NET Razor Pages, and Entity Framework
  • Understanding of DDD, CRUD, KISS, DRY, CQRS, DI principles
  • Architecture design and application development based on RPA solutions
  • Experience with systems from leading RPA providers is an advantage
  • CI/CD knowledge
  • Experience working with Linux

***

Vəzifə öhdəlikləri:

  • Elektron sənəd dövriyyəsi sistemi üçün proqram modullarının və servislərinin hazırlanması.
  • Elektron sənəd dövriyyəsi sistemi üçün inteqrasiya modullarının və servislərinin inkişafı, o cümlədən müxtəlif Elektron İmzalarla inteqrasiyanın təşkili.
  • RPA platformasında proqram robotlarının hazırlanması və ya modifikasiyası.
  • Proqram robotlarının (RPA) altproseslərə miqsaylanması.
  • Sazlanmış funksionallığın sınaqdan keçirilməsi.
  • Digər proqramçılar tərəfindən aşkar edilən bug-ların düzəldilməsi.
  • Tərtib olunmuş funsionallığın test edilməsi, test nəticəsində düzəlişlərin edilməsi.
  • Hazırlanmış funksionallıq kontekstində texniki müşahidə, texniki dəstək, sənədlərin və təlimatların yazılması.

Tələb olunan biliklər:

  • NET platformasında C# dilində 2+ il web-proqramlaşdırma təcrübəsi (.NET 7-də ən azı 1 il təcrübə);
  • Verilənlər bazaları ilə təcrübə (MS SQL/PostgreSQL), ADO.NET və T-SQL biliyi;
  • OOP prinsiplərini, SOLID anlayışı və əsas dizayn nümunələri ilə işləmək bacarığı;
  • SOAP ilə işləmə təcrübəsi (əsas anlayış, mesajları yaratmaq və işləmək bacarığı);
  • REST arxitekturasını anlama və RESTful API-lərin yaradılması təcrübəsi;
  • XML və JSON verilənləri ilə işləmək bacarığı;
  • Kriptoqrafiya üzrə güclü biliklər və elektron imza (Eİ) ilə işləmək təcrübəsi;
    • Public və private açarların şifrələmə üçün istifadə prinsiplərini anlayışı;
    • Məşhur hashing alqoritmləri biliyi (SHA-256, SHA-512 və s.);
    • Rəqəmsal imza alqoritmlərini istifadə bacarığı (RSA, ECDSA və s.);
    • Sertifikat zəncirlərinin quruluşu və iş prinsiplərini anlama;
    • Elektron imza formatları (CADES, XADES, PADES);
    • Elektron imza növləri (bərkidilmiş Eİ, ayrılmış Eİ);
  • GIT ilə işləmə təcrübəsi;
  • Unit-testlər ilə işləmə təcrübəsi;
  • Azərbaycan və Rus dilləri biliyi mütləqdir, İngilis dili texniki səviyyədə.

Arzuolunan:

  • C++ biliyi
  • HTML 5, CSS, JavaScript, VBA, Python, Java biliyi;
  • ASP.NET MVC, ASP.NET Razor Pages və Entity Framework ilə təməl bilik;
  • DDD, CRUD, KISS, DRY, CQRS, DI prinsiplərini anlama;
  • RPA həlləri əsasında tətbiqlərin arxitekturasını tərtib etmə və inkişaf etdirmə bacarığı;
  • Aparıcı RPA təchizatçılarının sistemləri ilə təcrübə arzuolunandır;
  • CI/CD biliyi;
  • Linux ilə işləmə təcrübəsi.

İş şəraiti:

  • İş rejimi: 9:00 - 18:00, həftə içi 5 gün
  • Əmək haqqı: 2000 - 3000 AZN
  • Ünvan: N. Rəfibəyli 12, Passage 1901

Müraciət üçün qeyd edilmiş e-mail adresinə CV göndərə bilərsiniz.

 

Pharmaline Group

Руководитель отдела продаж

 Son tarix 07 dek 2024 [email protected]

Обязанности:

  • Мониторинг, анализ и оценка деловой и рыночной активности, а также отзывов клиентов для генерации новых идей, определения функций обслуживания, которые необходимо изменить для удовлетворения потребностей клиентов. 
  • Разработка стратегий управления ценностью клиентов компании для увеличения удержания клиентов, лояльности и доходов. 
  • Выявление ключевых тенденций, предпочтений и моделей поведения для улучшения их опыта и повышения ценности. 
  • Анализ и оценка результатов проделанной работы 
  • Подготовка и анализ периодических отчетов (ежедневных, еженедельных, ежемесячных). 
  • Выполнение или координация административных задач. 
  • Реализация поставленных целей 
  • Разработка документов, таких как акты и протоколы, если необходимо. 
  • Выполнение иных задач, поставленных руководством в рамках трудовых функций.

Требуемая квалификация:

  • Свободное письменное и устное знание азербайджанского, русского языков. 
  • Свободное владение MS Office (Excel, Word). 
  • Опыт работы: обычно более 5 лет в сфере продаж и более 3 лет в качестве руководителя коллективом минимум 5 человек. 
  • Сильные коммуникативные и презентационные навыки. 
  • Сильные аналитические навыки и способности к бизнес-анализу. 
  • Высокие управленческие навыки, ответственность, организованность, умение работать самостоятельно.

Условия:

  • График работы: 5 дней в неделю с 09:00 до 18:00. 
  • 1 день короткий; 1 выходной
  • Оформление по ТК АР
  • Заработная плата: от 1500 до 3000 АЗН
  • Молодой и дружный коллектив
  • Удобное расположение офиса в центре города.
  • Мы предоставляем компьютер и все, что понадобится для работы;

Если вы мотивированный человек с увлечением к продажам и хорошими языковыми навыками, мы будем рады рассмотреть вашу кандидатуру!

Кандидатов просим отправлять свое резюме на e-mail, с указанием вакансии «Руководитель продаж» в теме письма не позднее 20 Октября 2024 г. На собеседование будут приглашены только те кандидаты, которые будут соответствовать вышеуказанным требованиям.

 

Baku Project Group

Layihənin baş mühəndisi

Son tarix 01 dek 2024 - [email protected]

Tələblər:

  • Ali təhsil (memarlıq ixtisası üzrə);
  • Müvafiq sahə üzrə azı 7 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, BIM;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: AutoCAD, Revit, Photoshop;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

Vəzifə öhdəlikləri:

  • Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
  • Əraziyə və Sifarişçi tələblərinə uyğun tikinti normaları nəzərə alınmaqla, fasad materialları, tikinti həcmləri göstərilməklə ilkin konsepsiya albomunu hazırlamaq,
  • Konsepsiya əsasında planlar, fasad görünüşləri, kəsim və landşaft həlli ilə ilkin eskiz layihələri hazırlamaq,
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək,
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
  • Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək,
  • Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
  • Əmək haqqı 3000 Azn
  • İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Ünvan: A.Cəlilov küçəsi 20.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini portfolio ilə (mütləq tələbdir) birlikdə mövzu yerinə “LBM” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.

 

Buta Agro

Baş mühasib

Son tarix 01 dek 2024 - [email protected]

Təsvir:

  • Aylıq mənfəət - zərər və balans, pul axını hesabatlarını hazırlamaq;
  • Aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotunun həyata keçirilməsini təmin etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə, vergi hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • İnventarizasiyanın müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və prosesə rəhbərlik etmək;
  • Balans maddələrinin yoxlanılmasını həyata keçirmək;
  • Mühasibatlıq əməkdaşları arasında vəzifə bölgüsünün aparılmasını təmin etmək;
  • Mənfəət hesabatının göndərilməsini həyata keçirmək;
  • Əmək haqqının yoxlanılması və yaranan öhdəliklərin icrası;
  • DSMF Hesabatının göndərilməsini təmin etmək və.s;
  • İllik proqnoz büdcənin hazırlanması və büdcə proqnozlarının icrasına nəzarət;

Tələblər:

  • Ali Təhsil;
  • Baş mühasib kimi 3+ il iş təcrübəsi;
  • Logo Tiger ilə yüksək səviyyədə işləmək bacarığı; (1C 8.3 biliyi üstünlükdür)
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Vergi Məcəlləsi və müvafiq hüquqi-normativ aktlar üzrə biliklər;
  • Məntiqi və analitik düşüncə;
  • Yüksək səviyyədə idarəetmə bacarıqları;
  • Peşəkar Mühasib Sertifikatı mütləqdir 
  • Excell MC office yüksək səviyyədə
  • Yaş aralığı 30-37 yaş

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək
  • Şənbə və bazar günü istirahət
  • Əmək haqqı: 2000 - 3000 AZN.
  • Korporativ nömrə (korporativ paket).

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Baş mühasib” qeyd etməyi unutmayın.

Əlaqə nömrəsi: 055 500 40 70

Seçilən
27
fed.az

1Mənbələr