AZ

Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro ayırdı

Avropa Komissiyası Ukraynaya Dəstək Avropa Fondundan Kiyevə 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını “müsbət qiymətləndirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xodməti bildirib.

Məlumata əsasən, bundan sonra qərar Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir.

Avropa Komissiyası “Kiyev tərəfindən aparılan islahatların” qiymətləndirildiyi meyarların “korrupsiyaya qarşı mübarizə, biznes şəraiti, əmək bazarı qaydaları, enerji bazarı standartları və ətraf mühitin mühafizəsi” ilə bağlı olduğunu açıqlayıb.

Avropa Komissiyası qeyd edib ki, bu tranşın Ukraynaya Dəstək Fondu vasitəsilə köçürülməsindən sonra Kiyev ümumilikdə 16,1 milyard avro alacaq.


Müəllif: Teleqraf.com
Seçilən
54
4
teleqraf.com

6Mənbələr