AZ

"Real" zədəli futbolçusunu satmağı düşünmür

İspaniyanın "Real" (Madrid) klubu uzun müddət zədədən əziyyət çəkən futbolçusu David Alabanı satmaq niyyətində deyil.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ötən il çarpaz bağı yırtılan avstriyalı müdafiəçi 2025-ci ildə meydanlara qayıdacaq.

"Kral klubu"nun rəhbərliyi ona güvəndiyi üçün yollarını ayırmağı düşünmür.

Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın XVII turunda, "Vilyarreal" ilə matçda ciddi zədə almışdı.

"Cebheinfo.az"

Seçilən
45
10
cebheinfo.az

10Mənbələr