AZ

Amerika Nüvə Cəmiyyətinin İdarə Heyətinin üzvü: "COP29 mənim üçün çox dəyərli təcrübə oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mən nüvə enerjisi sahəsində çalışıram və COP29 konfransında Amerika Nüvə Cəmiyyəti ilə ABŞ-dəki Ouk Ric Milli Laboratoriyasını təmsil edirəm. Burada genişmiqyaslı dekarbonizasiya tədqiqatları aparıram. Həmçinin sənayenin dekarbonizasiya edilməsində nüvə enerjisinin rolunu vurğulayıram. ".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizdə qonaq olan Amerika Nüvə Cəmiyyətinin İdarə Heyətinin üzvü və Ouk Ric Milli Laboratoriyasında baş elmi tədqiqatçı olan Qeyl Erin Hauk bildirib.
Konfrans barədə təəssüratlarını bölüşən qonaq qeyd edib: "Təşkilatçılığa görə təşəkkür edirəm. Dizayn çox zövqlüdür və ən sevdiyim rənglərdən istifadə olunub. Görünüş baxımından hər şey estetik cəhətdən çox təsiredicidir. Bütün könüllülər gülərüz, yardımsevər və olduqca nəzakətlidirlər. Bu konfrans mənim üçün çox dəyərli və xoş təcrübə oldu".
Seçilən
3
50
oxu.az

10Mənbələr