AZ

Ağ Evə qayıtmaq istəmir: Birinci xanımın planı nədir?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni prezidentliyə hazırlıqlarını davam etdirərkən diqqət çəkən adlardan biri də həyat yoldaşı Melaniya Trampdır.

News24.az xəbər verir ki, Vaşinqtona birinci xanım kimi dönəcəyi gözlənilən Melaniya Trampın Ağ Evə köçmək istəmədiyi iddia edilib.

Amerika mətbuatında yer alan xəbərlərə görə, Melaniya Tramp vaxtının daha çoxunu Nyu-Yorkdakı evində və ya Floridadakı Mar-a-Laqo malikanəsində keçirməyi planlaşdırır, baxmayaraq ki, o, hələlik bunu dəqiqləşdirməyib.

Xatırladaq ki, Tramp 2016-cı il seçkilərindən sonra Vaşinqtona köçməsini bir müddət təxirə salıb və o zaman 10 yaşında olan oğlu Barron dərs ilini bitirdikdən sonra Ağ Evə köçüb. Hazırda 18 yaşlı Barron Tramp Nyu York Universitetində oxuyur.

Bildirilir ki, birinci xanım oğlu Barronla yaxın olmaq üçün Nyu-Yorkdakı "Trump Tower"də də vaxt keçirəcək.

Bununla belə, onun hələ də birinci xanım kimi mühüm tədbirlərdə iştirak edəcəyi və buna uyğun prioritetlərə sahib olacağı xəbərlərdə də öz əksini tapıb.

Günel Məlikzadə


Seçilən
57
news24.az

1Mənbələr