AZ

Amsterdamda Firəngiz Əlizadənin əsərinin premyerası keçirildi

Niderlandın paytaxtı Amsterdamda onuncu beynəlxalq “Cello Biennale Amsterdam” festivalında Firəngiz Əlizadənin “ŞÖVQ” adlı yeni əsərinin premyerası olub.

Kulis.az xəbər verir ki, Amsterdamın Sinfonietta orkestrinin sifarişi ilə xüsusi olaraq “Х Cello Biennale Amsterdam” üçün yazılmış violonçel konserti Vyanadan olan gənc virtuoz Kian Soltani tərəfindən ifa edilib.

Konsertdə həmçinin Amsterdam Sinfonietta musiqiçiləri Firəngiz Əlizadənin Amerikanın “Kronos” kvarteti üçün yazdığı məşhur “Dance” əsərini möhtəşəm şəkildə ifa ediblər.

Seçilən
31
1
kulis.az

2Mənbələr