AZ

BMT-nin karbon krediti qaydaları qəbul edildi

Bu razılaşma tarixə COP29-un ciddi uğuru kimi yazıldı

Azərbaycan paytaxtında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ciddi uğura imza atdı.

Bəli, qlobal iqlim dəyişiklikləri ilə mübarizədə planetimiz üçün irəliyə doğru ilk addım məhz Bakıda atıldı. COP29-un razılaşma çərçivəsində dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul etdilər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.

İqlim sahəsinin tanınmış ekspertləri hesab edirlər ki, bu, daha köklü, BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq. Eyni zamanda, COP29 çərçivəsində əldə edilmiş ilk razılaşma iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək. Təsadüfi deyil ki, dünya mətbuatı Bakı iqlim konfransının bu uğurunu geniş işqlandırıb.

Seçilən
81
xalqqazeti.az

1Mənbələr