Amerikalı peşəkar boksçu Mayk Tayson 80 milyon dollarlıq matçla rinqə qayıdır. 58 yaşlı əfsanəvi boksçu özündən 31 yaş kiçik yutuber Ceyk Polla döyüşəcək
Apasport.az xəbər verir ki, tarixi matçdan əvvəl tərəziyə çıxmaq üçün bir araya gələn rəqiblər arasında insident yaşanıb.
Tayson qəfildən Pola sillə vurub. Ceyk Taysona cavab verməyib. Ətrafdakıların müdaxiləsi ilə tərəflər sakitləşdirilib.
Qeyd edək ki, tarixi matç 16 noyabr Bakı vaxtilə saat 05:00-da baş tutacaq.
MMA döyüşçülərimiz dünya çempionatında medallar qazanıblar
Paris-2024: Anna Başta Olimpiadada mübarizəni dayandırdı
Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub
İdmançılarımız Rusiyada ilk medalı qazanıb
Azərbaycan kikboksçusu yunan rəqiblə döyüşəcək