AZ

İran Qərblə nüvə danışıqlarına hazır olduğunu bildirib

MAQATE-nin rəhbəri Qrossi iki gündür Tehranda səfərdədir. Tribunainfo.az xəbər verir ki, bir sıra görüşlər keçirən və nüvə obyektlərinin fəaliyyəti ilə qismən tanış olan Qrossi, mətbuat konfransında təəsüratlarını bölüşüb.

O deyib ki, İran öz nüvə obyektlərinə sərbəstb giriş məsələsində MAQATE-yə lazım olan səlahiyyəti verməlidir. Bundan başqa o, İranın hazırda nüvə silahı hazırlamaq kimi fəaliyyətinin diqqət çəkmədiyini də vurğulayıb.

İranın XİN başçısı Abbas Əraqçı isə mətbuata açıqlamasında deyib ki, İranın nüvə silahı hazırlamaq fikri yoxdur. “Bu məsələ gündəmə gəlmişdi. Lakin dini rəhbərin məlum fətvası dəyişməz qalıb. Bunun üzərindən belə bir iş görməyimiz mümkün deyil”.

Əraqçı həmçinin onu da deyib ki, Qərblə nüvə danışıqlarına başlamağa hazırdırlar. “Biz Qərblə nüvə danışıqlarına hazırıq. Lakin bu, ilikn şərt olmadan baş verməlidir. Əks təqdirdə, heç bir danışıqdan söhbət gedə bilməz”.

Seçilən
68
tribunainfo.az

1Mənbələr