AZ

COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək - Nazir

COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Mərkəzi Asiyada enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda bildirib.

"Eyni zamanda IRENA Mərkəzi Asiyada bərpa olunan enerji üzrə sürətləndirilmiş tərəfdaşlıq təşəbbüsünə start verir ki, onun əsas məqsədi regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nail olmaqdır. Biz əminik ki, əsas maneələri aradan qaldıraraq və regional əməkdaşlığı gücləndirərək, bu tərəfdaşlıq Mərkəzi Asiyanın bərpa olunan enerji sahəsindəki hədəflərinə çatmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və qlobal iqlim məqsədlərinin yerinə yetirilməsinə əhəmiyyətli dəstək olacaq. Ümid edirik ki, bu forum və COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək, investorların və enerji şirkətlərinin marağını cəlb edəcək və birgə layihələrimizin həyata keçirilməsini sürətləndirəcək nəticələrə gətirib çıxaracaq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
2
olaylar.az

2Mənbələr