AZ

“Bu vəziyyətdən çıxacağıq”

“Turan Tovuz”la oyunda fərqlənməyimdə komandamın əməyi çox idi. Geridən yaxşı başladıq və hücumun sonunu qol ilə gətirə bildik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Rüfət Abdullazadə deyib.

23 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”la matçda əzələsində ağrı hiss etsə də, hazırda hər şeyin qaydasında olduğunu söyləyib: “Həmin oyunda əzələmdə bir az narahatlıq hiss etdim və 2-ci hissənin ortalarında ağrı daha da artmağa başladı. Şükür ki, indi daha yaxşıyam və ciddi bir şey yoxdur. Artıq komanda ilə məşqlərimi davam etdirirəm. Hazırda yaranan fasilə inşallah bizim üçün daha sərfəli keçər. Çünki qarşıda bizi “Qarabağ”la çətin oyun gözləyir. Hələ vaxtımız olsa da, bunun üçün üzərimizdə işləyirik. Məşqçilərmiz bizə tapşırıqları verir, analizlər edirik. Oyuna yaxşı hazırlaşırıq. Çünki bizim üçün bundan sonraki hər matçda xal və ya xallar qazanmaq üçün çox önəmlidir”.

Rüfət komandadakı baş məşqçi dəyişikliyinə də münasibət bildirib: “Futbolda belə şeylər olur. Dünya futbolunda da bunun tez-tez şahidi oluruq. Futbolçu kimi işimiz baş məşqçinin kimliyinə baxmadan məşqlərdə və oyunlarda işimizi görməkdir. Artıq Cavid Hüseynovla bir yerdə məşqlərə başlamışıq. Komanda olaraq tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Hamımız əl-ələ verib, bu vəziyyətdən çıxacağıq. Cavid müəllim ilk komandaya gəldiyində bizə inandığını və bu vəziyyətdən çıxacağımızı bildirdi. Biz də buna görə məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirməliyik”.

GÜNAY SÜLEYMANOVA

Seçilən
57
futbolinfo.az

1Mənbələr