AZ

Pomidor turşusundan zəhərlənib öldü - Sumqayıtda FACİƏ

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.

 

Sfera.az “Baku TV”yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.

 

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib.

 

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.

 

***

 

Hadisə ilə bağlı TƏBİB-dən belə cavab verilib:

 

“Noyabrın 12-də 1971-ci il təvəllüdlü vətəndaş turşu zəhərlənməsi diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Bütün reanimasiyon tədbirlərə baxmayaraq ötən gün ölüm faktı qeydə alınıb”.

 

Ətraflı sujetdə:

 

Seçilən
89
16
sfera.az

10Mənbələr