AZ

Bakı çağırışı bizi yeni yanaşmaya doğru apara bilər - Almaniya XİN rəsmisi

Bakı çağırışı bizi yeni yanaşmaya, hökumətlərlə, münaqişəyə meyilli bölgələrdən olan icmalarla, yerli aktyorlarla və BMT-nin müvafiq agentlikləri ilə tərəfdaşlığa doğru apara bilər.

Day.Az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan COP29 konfransı çərçivəsində keçirilən "İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət" adlı Yüksək səviyyəli Paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, Bakı çağırışı iqlim dəyişikliyi istiqamətində səyləri birləşdirə və təcili olaraq tədbirləri genişləndirə bilər.

"Hesab edirəm ki, ümumilikdə, biz öhdəlikdən real transformativ fəaliyyətə keçməyimizi təmin etməliyik.

Biz bəşəriyyətin təhlükəsizliyi və beynəlxalq sülh və sabitlik üçün gələcək risk və zərərdən qaçmağın açarını bilirik. Bu, emissiyaların azaldılması yoludur.

İqlim böhranının azaldılması, maliyyə, uyğunlaşma, itki və zərər nəticələrini təmin edən uğurlu COP-a sahib olmaq, burada COP Prezidentliyinə dəstək olmaq üçün hamımız çox çalışmalıyıq",- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
31
5
day.az

6Mənbələr