AZ

Ötən il 500-dən çox amerikalı hərbçi intihar edib

ABŞ Müdafiə Nazirliyi 2023-cü ildə amerikalı hərbi qulluqçular arasında 523 intihar hadisəsi qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, Pentaqonun məlumatına görə, ötən il ABŞ hərbçiləri arasında intiharların sayı əvvəlki illə müqayisədə 30 nəfər çox olub. İntihar halları fəal heyət arasında 12 faiz, ehtiyatda olanlar arasında isə 8 faiz artıb. Eyni zamanda, Milli Qvardiyanın əməkdaşları arasında müvafiq göstəricinin 5 faiz azaldığı deyilir.

2023-cü ildəki rəqəmlərin əvvəlki illə müqayisədə daha yüksək olmasına baxmayaraq, Pentaqon ümumi statistikanın sabit qaldığını və uzunmüddətli tendensiyaya uyğun gəldiyini vurğulayıb.

Birləşmiş Ştatların müdafiə naziri hərbçilər arasında intiharların sayından narahat olduğunu bildirib və hərbçilərə psixoloji dəstəyin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasını tələb edib.

Seçilən
24
4
yeniazerbaycan.com

5Mənbələr