AZ

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Yazını böyüt
Yazını kiçilt

COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşdə enerji təhlükəsizliyi və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Dr. Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

Tərəflər qarşılıqlı əlaqələrin təşviqi, bərpaolunan enerji və özəl sektorun maliyyələşdirilməsinə dair layihələr çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar. Görüşdə iqlim fəaliyyətində enerjinin inklüziv şərtlər əsasında keçidinin vacibliyi vurğulanıb, davamlı inkişaf, enerji təhlükəsizliyi, iqtisadi şaxələnmə istiqamətində prioritetlər və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Seçilən
32
8
hafta.az

9Mənbələr