AZ

Aİ-də şirkətlərin iflası artdı

Avropa İttifaqı (Aİ) ölkələrində ilin üçüncü rübündə şirkətlərin iflas ərizələri əvvəlki rüblə müqayisədə yüzdə 2,7 artıb.

Publika.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin üçüncü rübü üçün şirkətin iflas məlumatlarını dərc edib.

Beləliklə, Aİ-də şirkətlərin iflası 2018-ci ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.

Üçüncü rübdə əvvəlki rüblə müqayisədə fəaliyyət sahələri üzrə iflaslarda ən çox artım 28,8 faiz ilə nəqliyyatda, 15,3 faiz ilə informasiya və kommunikasiya texnologiyalarında 9,8 faiz ilə yaşayış və qida xidmətlərində olub.

Seçilən
32
4
publika.az

5Mənbələr