AZ

COP for Hope: İqlim dəyişikliyi ilə mübarizə üçün hər il 400 milyard dollar sərf olunmalıdır - Arxiyepiskop

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Zimbabve Yunan PravoslavArxiyepiskopluğunun arxiyepiskopu SərafimKikotisdir.

O, Trend-ə açıqlamasında bildirib ki, 2019-cu ildə iqlimdəyişikliyi ilə mübarizə üçün hər il ən azı 100 milyard dollarınsərf olunması barədə yazılar dərc olunurdu. İndi isə hər il 400milyard lazımdır.

Arxiyepiskop, əvvəlcə Azərbaycan xalqına qonaqpərvərliyinə görəminnətdar olduğunu bildirib:

"Burada bizi çox qonaqpərvər bir xalq qarşıladı. Buna görətəşəkkürümü bildirirəm. İqlim dəyişiklikləri ilə bağlı məsələyəgəldikdə isə, Cənab Antonio Quterreş Paris Qlobal Sazişinin hələ dəyazılı olaraq qaldığını söylədi. Lakin bildiyiniz kimi, beynəlxalqictimaiyyətə bu Paris Qlobal Sazişi 9 il əvvəl təqdim edilib. Həril görüşlərimiz olanda beynəlxalq ictimaiyyəti birləşdirə bilməyənliderlər burada olmur. Bizə üç lider lazımdır - Çin, ABŞ və Rusiyaliderləri. Əgər bu 3 nəfər Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasını birləşdirmək üçün masaya əyləşsələr, düzünüdesəm, bütün liderlər bəşəriyyəti və planeti qoruyacaqlar.Uşaqlarımızın məsuliyyətsizliyimizin qurbanı olmasınıistəmirəm".

"Ümid edirik ki, liderlər əhəmiyyətli məsələlərdə razılığagələcəklər və ümid edirik ki, biz gələn il Braziliyada iqlimdəyişikliyi ilə mübarizədə maliyyənin necə bölüşdürülməsinə qərarverə biləcəyik. Çünki 2019-cu ildə iqlim dəyişikliyi ilə mübarizəüçün hər il ən azı 100 milyard dolların sərf olunması barədəyazılar dərc olunurdu. İndi isə bizə hər il 400 milyard lazımdır.Beləliklə, başa düşməliyik ki, insanların yaşaması üçün təbiətəehtiyacı var, amma təbiətin insanlara ehtiyacı yoxdur", - deyəarxiyepiskop vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
56
3
az.trend.az

4Mənbələr