AZ

Əliyev Fələstinin milli bayramı münasibətilə Abbası təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev "Fələstin dövlətinin milli bayramı" münasibətilə Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. Məktubda deyilir: “Fələstin dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan hər zaman Fələstin xalqının azadlığı və müstəqilliyini dəstəkləyib. Ölkəmiz münaqişənin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Biz bundan sonra da Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik.

İnanıram ki, xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələrimiz və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etməyə davam edəcək”.

Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıram”.

Seçilən
64
49
turan.az

10Mənbələr