Bakı. Trend:
Dünya iqlim və enerji sahəsində taleyüklü bir mərhələyə daxilolub. Bu dönüş nöqtəsində bir araya gəlməyimiz, qlobal enerjigələcəyini formalaşdırmaq üçün tarixi bir fürsətdir. Bugünkütəşəbbüslərlə biz bərpaolunan enerjiyə sürətli keçidə olansadiqliyimizi nümayiş etdirəcəyik.
Trend xəbər verir ki, busözləri Yaşıl enerji, Hidrogen,Qlobal Enerji Ehtiyatı vəŞəbəkələrinə həsr olunmuş Yüksək Səviyyəli Dəyirmi Masada çıxışızamanı energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin enerjikeçidinə verdiyi güclü dəstək, Qarabağ-Şərqi Zəngəzur və Naxçıvanyaşıl enerji zonaları təşəbbüsü, eləcə də Xəzərdən Avropaya yaşılenerjinin tədarükü üçün şaxələndirilmiş enerji infrastrukturununyaradılmasına yönəlmiş uzaqgörən siyasət sayəsində ölkəmiz,regionda bərpaolunan enerjinin avanqardı kimi strateji layihələrhəyata keçirir.
“Həmin səylər Azərbaycanın gələcəyini təmiz enerji üzərindəqurmaqla yanaşı, bölgədə və dünyada yaşıl enerjinin inkişafınısürətləndirmək və maneələri aradan qaldırmaq məqsədi daşıyanCOP29-un enerji təşəbbüslərinin də hərəkətverici qüvvəsidir.Azərbaycanın irəli sürdüyü 5 komponentdən ibarət 3 enerjitəşəbbüsü, COP28-in bərpaolunan enerjinin üçqat, enerjisəmərəliliyinin isə ikiqat artırılması öhdəliklərinin uğurla yerinəyetirilməsini dəstəkləyən konkret həllər təqdim edir.
Bunlardan biri yaşıl enerji dəhlizi və yaşıl enerji zonalarınınyaradılmasını təşviq edən “Yaşıl Enerji Vədi”dir. Yaşıl enerjidəhlizləri bərpaolunan enerjinin geniş miqyasda ötürülməsi vəistehlak mərkəzlərindən uzaqda yerləşən yüksək potensiallı enerjimənbələrinin istifadəsi üçün effektiv vasitədir. Yaşıl enerjidəhlizlərinin inkişafı üçün regional əməkdaşlıq və uyğuntənzimləyici çərçivələrin yaradılması, həmçinin dayanıqlı maliyyəimkanlarının təmin edilməsi, HVDC kabellərinin istehsalınınartırılması əsas prioritetlərdir.
Azərbaycan hazırda Xəzər-Qara Dəniz-Avropa, MərkəziAsiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyatakeçirir. Həmin dəhlizlər Azərbaycanın yalnız enerji ixracındadeyil, həm də qlobal dayanıqlı inkişafda öncül bir mövqeyə sahibolmaq niyyətini əks etdirir”, - deyə nazir əlavə edib.
P.Şahbazovun sözlərinə görə, yaşıl enerji zonaları xalis sıfıremissiyaya çatmaq yolunda strateji əhəmiyyətə malik vasitədir:“Bərpaolunan enerji resursları ilə zəngin ərazilərdə qurulan vəyalnız təmiz enerjinin istifadəsinə əsaslanan həmin zonalar,investisiyaların cəlbinə, dayanıqlı iqtisadi artımın təminolunmasına və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfəverir”.
Qeyd olunub ki, ikinci təşəbbüs, Enerjinin Saxlanması və EnerjiŞəbəkələri üzrə Qlobal Vəd - 2030-cu ilə qədər enerji saxlancsistemlərinin qoyuluş gücünün 6 dəfə artırılaraq 1500 GVt-açatdırılmasını nəzərdə tutur. Bu kollektiv hədəf saxlancsistemlərinə sərmayələrin təşviqi və yeni texnologiyaların tətbiqikimi elementləri də əhatə edir. Təşəbbüsün digər komponenti enerjişəbəkələrinə və ötürmə sistemlərinə sərmayələrin artırılmasını,mövcud infrastrukturun modernizasiyası və genişlənməsini nəzərdətutur.
Bu çərçivədə 2030-cu ilədək qlobal səviyyədə 25 milyon kilometr,2040-cı ilə qədər isə daha 65 milyon kilometr şəbəkənin əlavəedilməsi və ya yenilənməsi öhdəliyi daxil edilib. Həmin təşəbbüsmövcud şəbəkə infrastrukturunun dəyişkən bərpaolunan enerjinidəstəkləməkdəki çatışmazlıqlarını aradan qaldırmaq, daha böyükhəcmlərdə yaşıl enerji güclərini şəbəkəyə inteqrasiya etmək vəenerji təchizatı ilə tələbat arasında tarazlığı təmin etməkbaxımından strateji əhəmiyyət daşıyır.
“Üçüncü təşəbbüs “COP29 Hidrogen Bəyannaməsi” adlanır. Hidrogensıfır emissiyalı gələcəyə gedən yolda güclü enerji mənbəyidir. Onuntətbiqi sənaye, nəqliyyat və enerji sektorlarını daha yaşıl vədayanıqlı edəcək, bərpaolunan enerjinin potensialını tam olaraqaçacaq. “Hidrogen Bəyannaməsi” hidrogen sahəsindəki ambisiyaları vəenerji keçidində hidrogenin rolunu dəstəkləyən ümumi öhdəlikləri,eləcə də hidrogen standartlarının və sertifikatlaşdırılmasınıtəşviqinə yönəlik tədbirləri əhatə edir.
Yaşıl hidrogen Azərbaycanın enerji ixrac portfelinindiversifikasiyası və dekarbonizasiya siyasətinin vacib elementidirvə COP çərçivəsində hidrogen strategiyasını açıqlaması da buistiqamətdəki qətiyyətini göstərir. Bu təşəbbüslər iqlimhədəflərinə çatmaq üçün həm dövlət, həm də qeyri-dövlət aktorlarınagüclü stimul verəcək. Burada, COP29-da, hamınızı bu öhdəliklərəqoşulmağa, iqlim fəaliyyətini gücləndirməyə və daha parlaq birgələcək naminə birlikdə addım atmağa dəvət edirik.
Eyni zamanda, həmin təşəbbüslərin irəliləyişini gələcək COPiclaslarında qiymətləndirməyi, IEA və IRENA-nın hesabatlarında əksetdirməyi vacib hesab edirik. Sizin hər birinizin dəstəyi,kollektiv gücümüzü möhkəmləndirir. Gəlin, COP29-u əlamətdar birhadisəyə çevirərək qlobal iqlim səylərini daha yüksək bir səviyyəyəqaldıraq və dünyamız üçün davamlı bir gələcək quraq”, - deyə nazirfikirlərinə yekun vurub.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.