AZ

"Bu bizim görüşlərimizin əsas mövzusudur" - Sunqat Yessimxanov

"Bu böyük COP-29 tədbirinin mükəmməl təşkilatçılığı üçün ilk növbədə Azərbaycan tərəfinə dərin təşəkkürümüzü bildirmək istəyirik. Bütün dünya gəldi, o cümlədən biz də, buna görə düşünürəm ki, tədbir çox uğurlu keçir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yessimxanov deyib:

"Böyük planları biz bütün həmkarlarla birgə qururuq. Birgə layihələrdən danışarkən, düşünürəm ki, ən əhəmiyyətlisi budur. Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar. Düşünürəm ki, bu, çox müsbət və gələcəyi olan layihədir.

Bu layihə "yaşıl enerji"nin inkişafı üçün böyük gələcəyə malikdir. Bu da bizim görüşlərimizin əsas mövzusudur.

Biz birgə əməkdaşlığı davam etdirəcəyik. Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığımız var. Əlbəttə, COP29 çərçivəsində danışarkən doğru bir istiqamətdəyik.

Hazırda yaşıl hidrogenin inkişafı istiqamətini və artıq hidrogenin bizim ərazimizdən Avropaya, hər yerə daşınmasını çox fəal şəkildə müzakirə edirik. Bu, bizim azərbaycanlı dostlarımızla sıx əlaqəlidir, bu səbədən biz bu istiqamətdə də gələcək əməkdaşlıqları müzakirə edəcəyik. Çox sayda birgə tədbirlər üçün mövzular var".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
24
teleqraf.com

1Mənbələr