Trampın prezidentliyi İranla Körfəz ölkələri arasında münasibətlərin normallaşması prosesinə təsir etməyəcək. Bu barədə Britaniyanın nüfuzlu “Chatham House” analitik mərkəzi yazır.
Qeyd olunur ki, Yəmən İslam Respublikasının husilərinin 2019-cu ildə Trampın dövründə Səudiyyə Ərəbistanındakı neft obyektlərinə və 2022-ci ildə Baydenin dövründə BƏƏ-nin mülki ərazilərinə hücumlarına ABŞ-ın lazımi cavab verməməsi İranla gərginliyin azalmasına səbəb olub. Məqalə müəllifləri yazır: “Körfəz ölkələri onların maraqlarına xidmət etməyən döyüş fazasına qayıtmaq istəmirlər”.
Ülviyyə, Hurriyyet.az