AZ

Moldovanın baş prokuroru: Azərbaycanla əlaqələrimizi inkişaf etdirməkdə maraqlıyıq

"Biz öz fəaliyyətimizdə üstünlüyü korrupsiya və ya çirkli pulların yuyulması ilə mübarizə üzrə tədbirlərin görülməsinə veririk".

APA-nın xəbərinə görə, bunu Moldovanın baş prokuroru İon Muntyanu jurnalistlərə açıqlamasında deyib.

O, ekoloji cinayətlər əleyhinə tədbirlərdən də danışıb. Bildirib ki, bu məsələ prioritet təşkil edir:

"Biz ekoloji cinayətlərə qarşı mübarizənin təkbaşına mümkün olmadığını bilirik. Bu məsələ prioritetdir. Ona görə bu məsələnin effektiv reallaşması üçün digər prioritet olduğu bütün prokurorluq orqanları ilə əlaqələrin səviyyəsini yaxşılaşdırmalıyıq".

Moldovanın baş prokuroru eyni zamanda ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlıqdan danışıb:

"Biz bu əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıyıq. Azərbaycanın baş prokuroru ilə də görüşlərimizdə də bildirdik ki, tərəfdaşlığın inkişafı bizim marağımızdadır".

Seçilən
19
apa.az

1Mənbələr