AZ

Norveç təyyarəsi Bakıda məcburi eniş edib

Brno-Phuket reysini həyata keçirən “Norse Atlantic Airways” təyyarəsinin kapitanı yanacaq doldurmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün sorğu göndərib, Bakı hava limanının mətbuat xidməti xəbər verir.

Məlumata görə, “Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də Bakı hava limanına uğurla eniş edib. Marşrutun dəyişdirilməsi və uçuş müddətinin artması ilə əlaqədar komandir yanacaq doldurmaq qərarına gəlib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün operativ şəkildə bütün lazımi şəraiti təmin edib”, - mətbuat xidmətinin məlumatında deyilir.

Seçilən
44
49
oxumeni.az

10Mənbələr