AZ

Məşhur amerikalı aktrisa Tramp seçildiyi üçün ölkədən qaçdı

Məşhur amerikalı aktrisa Eva Lonqoriya ailəsi ilə birlikdə ABŞ-dan köçdüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, buna səbəb bu il noyabrın 5-də Amerikada keçirilən seçkilərdə respublikaçı Donald Trampın qələbəsi olub.

Kino ulduzu bu barədə Mari Klerə müsahibəsində danışıb. Aktrisanın sözlərinə görə, o, ölkəni tərk etmək imkanı əldə etdiyi üçün taleyə minnətdardır. Lakin o, Trampın qələbəsindən sonra bütün amerikalıların gedə bilməyəcəyini anlayır və onlardan narahat olduğunu deyir.

"Mən qaçıb harasa gedə bilərəm. Əksər amerikalılar bu qaranlıq ölkədə ilişib qalacaqlar və mən onlardan narahatam", - aktrisa bildirib.

Sənətçi əslən Texasdandır, lakin o, bütün yetkin həyatını Los-Ancelesdə keçirib. İndi Eva iki ölkədə yaşayır: İspaniya və Meksika. Əri Xose Baston və 6 yaşlı oğlu Santyaqo onunla birlikdə Amerikadan ayrılıb.

"Mən bütün yetkin həyatımı Los-Ancelesdə yaşamışam. Ancaq pandemiyadan əvvəl də hər şey dəyişirdi. Atmosfer fərqli idi. Və sonra COVID baş verdi", - aktrisa etiraf edib.

Seçilən
20
publika.az

1Mənbələr