AZ

COP29 inklüziv proses oldu - Ahmed Abdel Latif

Bakı. Trend:

COP29 inklüziv proses oldu. Burada beynəlxalq təşkilatlar,vətəndaş cəmiyyəti və özəl sektordan bir çox digər maraqlı tərəflərdə var.

Trend xəbər verir ki, bubarədə Qahirə Beynəlxalq Münaqişələrin Həlli, Sülhməramlı və SülhQuruculuğu Mərkəzinin səfiri Ahmed Abdel Latif “Sülh, Yardım vəBərpa üçün İqlim Fəaliyyətinə Bakı Çağırışı”nın mətbuat konfransızamanı deyib.

O qeyd edib ki, bu çox əhatəli prosesin bir hissəsi olmaqdan çoxşaddırlar.

“Düşünürəm ki, ortaq öhdəlikləri, eləcə də, əvvəlkitəşəbbüsləri, o cümlədən, bizim təşəbbüsləri bir daha təsdiqetməklə Azərbaycan müsbət siqnal verdi ki, ölkələrin bu mühümgündəliyi dəstəkləmək və əməkdaşlıq etmək istəyi var.

Bakı Çağırışı və Bakı Qovşağı bizi bir araya gətirən, mövcudproblemləri səsləndirən bir platformadır. Bunun vasitəsilə bizbirgə fəaliyyət göstərərək, müəyyən sinerji yarada bilərik”, - deyəo bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
34
1
az.trend.az

2Mənbələr