AZ

Əcnəbi klub millimizin sabiq üzvünü FİFA-ya şikayətlə HƏDƏLƏDİ!

Albaniya təmsilçisi "Bylis" Azərbaycan millisinin sabiq üzvü Amil Yunanovdan FİFA-ya şikayət ünvanlaya bilər.

Buna səbəb hücumçunun icazəsiz klubun düşərgəsini tərk edərək Azərbaycana qayıtmasıdır.

Ötən ay "Byulis"ə transfer olunan forvard yeni klubu ilə yaya kimi müqavilə imzalayıb.

Lakin 32 yaşlı futbolçunun işləri yolunda getməyincə bir neçə gün əvvəl buradan erkən ayrılmaq qərarı verib.

O, klub rəsmilərinə xəbər vermədən Albaniyanı tərk edibmiş.

Klub rəhbərliyi Yunanova xəbər yollayıb ki, qısa müddətdə düşərgəyə qayıtmasa, ondan müqavilə şərtlərini pozması ilə bağlı FİFA-ya şikayət göndəriləcək.

SPORTİNFO.AZ

Seçilən
39
sportinfo.az

1Mənbələr