Tanzaniya Milli Assambleyasının sədri ölkəmizə səfərə gəlib -Foto
Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının spikeri, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar.