AZ

“Joxovurd”: Paşinyan Gümrü merliyinə namizədini narkotik testindən keçirib

Bu ilin Noyabrın 12-də Ermənistanın hakim Vətəndaş Sazişi Partiyasının İdarə Heyətinin iclasında yeni qalmaqal yaşanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

 “Bizdə olan məlumatlara görə, Gümrüdəki anarxiya vəziyyətinin müzakirə edildiyi görüşdə zalda olan Nikol Paşinyan Gümrü merliyinə ehtimal olunan namizəd Karen Saruxanyanı narkotik testindən keçmək üçün xəstəxanaya göndərib. Bundan əvvəl Karen Saruxanyanın əmisinin oğlu Varuj Xocumyan və onun dostu, Gümrü bələdiyyə şurasında Paşinyanın partiyasının fraksiyasının üzvü Parqev Gevorkyan narkotik satmaq üstündə yaxalanıb. Ötən gün Xocumyan hakim partiyanı tərk etdiyini açıqlayıb.

Paşinyan bəzi dairələr vasitəsilə Karen Saruxanyanın da narkotiklə əlaqəsi olduğu barədə məlumat alıb. Ona görə də gözlənilməz şəkildə, adamları vasitəsilə hər şeyi aydınlaşdırmaq qərarına gəlib.

Musavat.com

Seçilən
70
16
musavat.com

10Mənbələr