AZ

"Rusiyada hər il ekoloji sahədə 300 min qanun pozuntusu olur"

Rusiya prokurorları hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısını alır, bu istiqamətdə 15 min cinayət işi üzrə hüquq-mühafizə orqanlarının işi əlaqələndirilir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiyanın Baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

"Prokurorlar tərəfindən hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısı alınır, meşə əkinlərinin qanunsuz kəsilməsi və məhv edilməsi, havanın, su hövzələrinin və yerin təkinin çirkləndirilməsi, həmçinin bioresursların qanunsuz hasilatı ilə bağlı 15 mindən çox cinayət işi üzrə cinayət təqibi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir", - deyə o bildirib.

Onun sözlərinə görə, belə işlərdən 2 mindən çoxu nəzarət yoxlamalarının materialları əsasında başlanılıb.

"Cebheinfo.az"

Seçilən
15
9
cebheinfo.az

9Mənbələr