AZ

Ultra-pravoslav yəhudilər də hərbi xidmətə çağrılacaq

İsrailin müdafiə naziri İsrael Katz 7 min ultra-pravoslav yəhudinin (Haredi) orduya çağırılması qərarının təsdiqləndiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onların hərbi xidmətə çağırılması ilə bağlı əmrlər 17 noyabr bazar günündən etibarən İsrail ordusu tərəfindən mərhələli şəkildə göndəriləcək.

Bəyanatda o da bildirilib ki, nazir Katz fəal, daimi və ehtiyatda olan hərbçilərin yükünü yüngülləşdirmək üçün ultra-pravoslavların İsrail ordusuna həqiqi inteqrasiyasını təmin edəcək həll yolunu təşviq etmək üçün bütün tərəflərlə dialoq aparmaq niyyətindədir.

Keçmiş müdafiə naziri Yoav Qallantın vəzifədən azad edilməsindən bir gün əvvəl imzaladığı bu qərarın Baş nazir Binyamin Netanyahu tərəfindən təyin edilən Katz tərəfindən tətbiq edilib-edilməyəcəyi müzakirə edilirdi. 

İsraildə Haredimlər tez-tez hərbi xidmətə çağırış büroları qarşısında məcburi hərbi xidmətə qarşı etiraz aksiyaları keçirirlər.

Seçilən
56
cebheinfo.az

1Mənbələr