AZ

"Vərəm xəstələrinin erkən aşkarlanmasında vətəndaş cəmiyyəti və diaqnostika cihazları əsas rola malikdir" – Nadir Zeynalov

QHT.az xəbər verir ki, Milli QHT Forumunda Azərbaycanın Səhiyyə Nazirliyi, İsveçrənin Stop TB Tərəfdaşlığı (STBP), Azərbaycanın TB QHT-ləri Koalisiyası və Azərbaycanın Milli QHT Forumu tərəfindən təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov vərəmin erkən diaqnozunun qoyulmasının vacibliyini vurğulayıb və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə qeyri-hökumət təşkilatlarının rolunun əhəmiyyətinə toxunub.

Nazir müavini vərəmin təxirə salınması nəticəsində insanların daha ağır formada müalicəyə gəlməsinin qarşısını almaq məqsədilə, diaqnostika cihazlarının və vətəndaş cəmiyyəti institutlarının birgə işləməsinin vacibliyini qeyd etdi:

“Vərəmə yoluxmuş insanlar qorxurlar ki, onlara bu diaqnoz qoyulacaq, bu siqma diskriminasiyasına məruz qalacaqlar, ona görə də gizlədirlər və mümkün yollarla bu diaqnozun qoyulmaması üçün çalışırlar. Amma vərəm irəlilədikcə, həmin bu insanlarda aşkar olunan, yəni çox əyani görünən formalar ortaya çıxır və bəzi hallarda artıq gec olur. Burada həmin bu insanların aşkarlanmasında vətəndaş cəmiyyətinin və onun institutlarının böyük əhəmiyyəti var. O institutlar ki, həmin bu şəxslərə yol göstərə bilər, onların qorxmaması üçün tədbirlər görə bilər və belə desək, onları əlindən tutub diaqnostika cihazlarına qədər gətirə bilər. Bizim bu toplantıda vərəmin erkən diaqnostikası üçün lazım olan zəruri olan bu iki komponent barədə danışacağıq. Onlardan biri cihazlardır, biri də vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatlarıdır, hansılar ki, vərəmli xəstələri bir tərəfdən həkimlərə, başqa tərəfdən isə bu mübarizəyə birləşdirir”.

Nadir Zeynalov tədbiri təşkil edən tərəfdaşlara və bu cihazları ölkəmizə gətirən MolBio şirkətinə təşəkkürünü bildirdi.

Seçilən
39
3
qht.az

5Mənbələr