AZ

UEFA Millətlər Liqası: Lüksemburq - Şimali İrlandiya matçı azərbaycanlı hakimə tapşırılıb

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

hakimiyyet.az xəbər verir ki, Elçin Məsiyev UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda keçiriləcək VI turun Lüksemburq - Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Endryu Medli olacaqlar.

Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Seçilən
22
43
hakimiyyet.az

10Mənbələr