AZ

Azərbaycan Prezidentinin Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi - “HABER GLOBAL” , VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən COP29-un Zirvə Toplantısında Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi.

Bu fikirlər Türkiyənin “HaberGlobal” telekanalının yayımladığı süjetdə yer alıb.

Süjetdə qeyd olunub ki, İlham Əliyev kiçik ada dövlətlərinin yerləşdiyi ərazilərdə həyata keçirilən nüvə sınaqları və müxtəlif tədbirlərlə əlaqədar ətraf mühitin çirklənməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını bildirmişdi.

"Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell isə İlham Əliyevin sözlərinə qulaq tıxayaraq ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə ən böyük maliyyəçi olduğunu dedi. O, "Fransa və Niderlandın yanındayıq" açıqlamasını verdi", - "HaberGlobal"ın efirində vurğulanıb.

Telesüjetdə C.Borrellin Azərbaycan liderinin çıxışına qərəzli münasibətinə cavab verən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirlərinə yer verilib.

Daha ətraflı videomaterialda:

Seçilən
40
6
korrespondent.az

7Mənbələr