AZ

SABAH layihəsinə ayrılan diqqət tələbələrə bu baxımdan faydalı olacaq — AÇIQLAMA

Bu gün Prezident İlham Əliyev Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.  Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur.

Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır.

Ali təhsil üzrə ekspert Dr. Vüsal Kərimli Demokrat.az-a Sərəncamın tələbələrə və təhsilə verəcəyi faydalar haqqında danışıb:

“Prezidentin təhsil haqqında imzaladığı yeni sərəncam çox geniş və əhatəlidir. SABAH proqramları layihəsi özünü doğruldan layihələrdən biridir. SABAH qruplarında təhsil alan tələbələrin əhatəsi genişlənib. Düşünürəm ki, bu təhsil sisteminin ali təhsildə bir model olaraq genişləndirilməsinin çox böyük faydaları olacaq. Xüsusilə ali təhsil mühitində bu sistemin faydaları görünəcək. Buna görə də SABAH proqramları layihəsinin genişləndirilməsi və tətbiqi xüsusi önəm daşıyır”.

O bildirib ki, SABAH qruplarına bu cür diqqətin ayrılması tələbələri daha çox çalışmağa həvəsləndirəcək:
“Onlar arasında rəqabət mühiti genişlənəcək. Eyni zaman universitetlər üçün də stimul yaranacaq”.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
25
1
demokrat.az

2Mənbələr