AZ

Kəmaləddin Heydərov qırğızıstanlı həmkarı ilə görüşüb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sherg.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Nazir Kəmaləddin Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin bu əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, əhalinin və ərazilərin fövqəladə hadisələrdən qorunması məqsədilə istər ikitərəfli əsasda, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən tədbirləri məmnunluqla xatırladaraq, bu istiqamətdə qarşıda duran məsələlərdən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajaikeev COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, tədbirdə iştirakdan məmnunluq ifadə edib. Qonaq iki qurum arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini önə çəkərək, əlaqələrin genişləndirilməsi sahəsində görülmüş işlərdən danışıb.
Seçilən
36
9
sherg.az

10Mənbələr