AZ

ABŞ-ın energetika naziri: “Azərbaycan təmiz enerjinin ixracatçısı ola bilər”

ABŞ uzun müddətdir ki, Azərbaycanla energetika və fosil yanacaq tullantıları üzrə əməkdaşlıq edir. Əsasən, söhbət CO2 karbon dioksid tullantılarını azaldan və təmiz enerjiyə keçidə kömək edən texnologiyalardan gedir. Bu barədə noyabrın 15-də Bakıda COP29 zamanı mətbuat konfransında ABŞ-ın energetika naziri Cennifer M.Qranholm Turan-ın  “Bərpa olunan və yaşıl enerjiyə keçiddə ABŞ Azərbaycana necə kömək edə bilər? sualının cavabında deyib

“Bu həftə sizin prezident altı gigavat bərpa olunan enerjini elan etdi ki, bu, təəssürat oyadır. Düşünürəm ki, sizin indiki potensialınız səkkiz gigavata yaxındır. Nüvə enerjisi potensialı da var. Düşünürəm ki, gələcəkdə siz təkcə təmiz enerji istifadəçisi yox, həm də ixracatçısı olacaqsınız. Sizin böyük imkanlarınız və potensialınız var", - o deyib.

Seçilən
42
turan.az

1Mənbələr