AZ

Almaniya Kansleri Putinə zəng edib - YENİLƏNİB

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə DPA agentliyi və Süddeutsche Zeitung qəzeti məlumat yayıb.

Bildirilib ki, Şolts iki ildən sonra ilk dəfə Putinlə telefon danışığı aparıb.

DPA-nın məlumatına görə, günorta saatlarında baş tutan söhbət təxminən, bir saat davam edib.

Telefon danışğının digər təfərrüatları hələlik məlum deyil.

***

17:31

Almaniya Kansleri Olaf Şolts noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edək ki, Putinlə Şolts arasında sonuncu dəfə telefon danışığı 2022-ci ilin dekabrında olub. Rusiya və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.

Seçilən
58
16
apa.az

8Mənbələr