![Azərbaycan](https://e-saglam.az/storage/news/middle/images/2024/11/vefat-649x403.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsində təhsil alan tələbənin ölüm səbəbi məlum olub.
![](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib.
Bildirilib ki, III kurs tələbəsi Hüseynova Nərmin Kamal qızı hamamda dəm qazından boğulma nəticəsində həyatını itirib.
Qeyd edək ki, Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olub.
E-saglam.az