AZ

Çiyələyin yeni ziyanı üzə çıxdı

Orqanizmə ziyan vurmamaq üçün çiyələyi çox yemək olmaz.

News24.az xəbər verir ki, bu barədə dietoloqlar məlumat veriblər. Onlar qeyd edirlər ki, gün ərzində 250-300 qramdan çox çiyələk qəbul etmək olmaz.

Allergiyadan əziyyət çəkənlər isə çiyələkdən uzaq durmalıdırlar.

Həkimlər qeyd edirlər ki, allergiyası olmayan insanlar da çiyələyi çox yeməməlidirlər. Çiyələk bir az yeyəndə faydalıdır. Bu giləmeyvənin tərkibində C vitamini, foli turşusu, maqnium, sink və kalium var. Bundan başqa kalorisi də azdır. 100 qram çiyələyin tərkibində 40 kilokalori var. Çiyələyin tərkibində şəkərin də miqdarı azdır.

Bununla belə, alimlər çiyələyin sağlamlığı möhkəmləndirdiyini, ömrü uzatdığını da vurğulayırlar.


Seçilən
47
news24.az

1Mənbələr