AZ

İnsanlar səyahət üçün ən çox bu ölkələri seçir

Hər il milyonlarla insan müxtəlif ölkələri kəşf etmək və yeni mədəniyyətlərlə tanış olmaq üçün səyahət edir.

Ölkə.az xəbər verir ki, Fransa 89,4 milyon insanla dünyanın ən çox ziyarət edilən ölkəsidir.

Fransadan sonra İspaniya və ABŞ gəlir. Qardaş ölkə Türkiyə 51,2 milyonla ilk onluqda və 6-cı yerdədir.

Siyahını daha ətraflı təqdim edirik:

1. Fransa

Eyfel qülləsi, Notr-Dam kilsəsi və Luvr muzeyi kimi dünyanın ən turistik məkanlarına ev sahibliyi edən Fransa dünyanın ən çox turist qəbul edən ölkəsidir. Ötən il 89,4 milyon turisti qəbul etməklə Avropa Birliyi ölkələri arasında ən çox turist cəlb edən ölkə olan Fransa uzun illərdir ki, bu siyahının başındadır. Ölkənin ən çox ziyarət edilən şəhəri paytaxt Parisdir.

2. İspaniya

İspaniya dünyada ən çox turist cəlb edən ölkələr arasında ikinci yeri tutur. Tarixi teksturası, təsiredici memarlığı və Aralıq dənizi çimərlikləri ilə valehedici bir yerdir. İspaniya La Liqa matçlarını izləmək, məşhur stadionları ziyarət etmək, eləcə də tarixi və mədəni turlara qatılmaq üçün turistlərin axın etdiyi ölkədir.

3. ABŞ

Nyu York, Los Anceles, Florida, Las Veqas kimi kosmopolit şəhərləri və Böyük Kanyon, Azadlıq Heykəli, Disneylend, Yellowstone Milli Parkı və Mərkəzi Park kimi mütləq görməli yerləri ilə seçilir.

4. Çin

Böyük səddi, heyranedici məbədləri və təbii gözəllikləri ilə seçilən Çin hər il milyonlarla turisti qəbul edib. Bir çox insan Çinə həm turistik, həm də işgüzar səfərlər üçün gedir.

5. İtaliya

Dünyanın ən turistik strukturlarına ev sahibliyi ilə tanınan və dünyanın ən çox turist cəlb edən 5-ci ölkəsi olan İtaliya ötən il 64,5 milyon turist tərəfindən ziyarət edilib. Tarixlə dolu Roma, sənətlə dolu Florensiya, romantika şəhəri Venesiya, modanın ürəyi Milan, pizzanın vətəni Neapol kimi şəhərlər turizm mərkəzləridir.

6. Türkiyə

51,2 milyon turisti qəbul edən Türkiyə, turist sayına görə dünyada 6-cı yerdədir. 14% artımla rekord sayda turistə çatan Türkiyə əsl turizm ölkəsi olduğunu sübut etdi. Tarixi binaları, mədəni dəyərləri, təbii gözəllikləri və möhtəşəm çimərlikləri olan Türkiyənin hər bir şəhəri araşdırılmağa dəyər.

7. Meksika

Meksika 45 milyon turist ziyarəti ilə dünyada ən çox turist cəlb edən ölkələr siyahısında 7-ci yerdədir. Uzun sahil xətti ilə valeh edən dünyanın ən qədim sivilizasiyalarından biri olan Mayyaların vətənidir. Turist olmaq üçün ləzzətli Meksika yeməkləri yeməkdən, sənətə dalmaqdan və həyatdan tam həzz almaqdan daha yaxşı səbəblər düşünə bilmirəm.

8. Tayland

Tropik adalar və möhtəşəm məbədlər ölkəsi olan Tailand dünyanın ən çox ziyarət edilən 8-ci ölkəsi olub. Canlı şəhər həyatı ilə yanaşı təbiətin qucağında olmağınıza imkan verən Tayland buddistlər üçün də əhəmiyyətli bir ölkədir. Onun paytaxtı Banqkok dünyada ən çox beynəlxalq turisti qəbul edən şəhərdir.

9. Almaniya

İncəsənət, musiqi, əyləncə və festivallar ölkəsi Almaniyanı ötən il 39,6 milyon turist ziyarət edib. O, həm də dünyada ən çox immiqrant qəbul edən ölkələrdən biridir. Ölkənin paytaxtı Berlin, oktyabr ayında turistlərin məşhur Oktoberfest ilə axın etdiyi Münhen və yarmarkalar şəhəri Frankfurt kimi şəhərləri ilə Almaniya turizmlə dolu bir ölkədir.

10. İngiltərə

İngiltərə dünyada ən çox turist cəlb edən 10-cu ölkə olub. Mançester, Liverpul, Kembric, Oksford, Brighton və Birmingem kimi şəhərlər hər il minlərlə turist tərəfindən seçilir.

©BAKU.WS

Seçilən
34
6
olke.az

7Mənbələr