AZ

Sükanınızı yad əllərdən alın


Ölkə başçısı, cənab prezident İlham Əliyev COP 29 tədbiri çərçivəsində bütün dünya üçün önəmli olan çoxlu mesajlar ötürdü. Bu tip beynəlxalq səviyyəli tədbirlərdə ev sahibi kimi bu mesajların vacibliyi, əhəmiyyəti siyasi sistemin düzənində mühüm rol oynayır .Əslində açıq şəkildə, qətiyyətlə dünya üçün təhlükə yaradan riyakar siyasətçilər dərsini , dürüst siyasətçilər həqiqətlərin açıq ifadəsinin şahidi oldu.
Tədbiri gözdən salmağa çalışan o riyakar qüvvələrin maraqlarının arxasında nələr dayandığının tədbirin iştirakçıları bir daha şahid oldular. Arzuları gözündə qalanların məyusluğu ilə bir daha daxili orqanlarından ciddi zədə aldılar. Ekosistemə təhlükə yaradan ölkələr bu tədbirdə iştirak etməməklə günahkar obrazlarının möhkəmləndirdilər.
Haqq ədalət simvolunun Azərbaycan olduğunu 44 günlük müharibədə sübut etdi. Biz öz insanlarımıza dəyər verdiyimizi, onların hüquqlarının kiminsə tərəfindən pozula bilməyəcəyini, şərait yaratmayacağımızı ölkə olaraq öz ədalətli mübarizəmizlə isbat və nümayiş etdik. Bu qələbənin adi məntiqi var və haqq bizimlə idi. Siyasi hakimiyyət bu haqqın tapdanmasının qarşısını almaq üçün elə müharibə üsulu seçdi ki, bizi tora salmaq istəyənlər özləri o torun içinə düşdülər və hələdə ordan çıxa bilmirlər.
İnsan hüquqları iki əsas məhvumu ehtiva edir: Əxlaqi dəyərlər və hüquqi dəyərlər. Əxlaqi- dəyərlər hər bir fərdin insan təbiətindən doğur, vəzifəsi ləyaqət, vicdan hissini oyatmaqdır.
Əgər kimsə bu daxili hüququndan istifadə edə bilmirsə, deməli bu insan cəmiyyət üçün zərərlidir və heç kim bu tip insanın dövlət üçündə zərərli olduğunu inkar edə bilməz. Bu tip insanların azadlıq uğrunda mübarizəsi, tənqidləri yalandır, insan haqqları uğrunda mübarizəsi yalandır və bu yalanlar üstündə qurulan bu qeyri ciddi siyasi davranışın heç bir nəticəsi mümkün deyil və olmayacaq, necə ki, yoxdur.
Hüquqi dəyər milli və beynəlxalq səviyyədə qanunvericilik normaları ilə tənzimlənir və bu normaların hamsını əsas tutaraq biz ədaləti bərpa etdik, torpaqlarımızı işğaldan azad etdik. Xalqımızın hüquqlarını qoruduq, bu iki məsələyə mütləq diqqət etmək lazımdır. Hər halda COP-dan qabaq deyilən yalanlar və o yalanları indi siyasi məhbus termini ilə gizlətməyə çalışanların növbəti yalanları davam edir. Uğursuzluğunuz yalnız sizin kimlərinsə əlinə verdiyiniz sükanın doğru idarə edilməməsidir. Sükanınızı yad əllərdən alın.
Seçilən
55
newscenter.az

1Mənbələr