AZ

X-in yeni ən güclü rəqibi... Bluesky

ABŞ-nin ən rəqabətli seçki yarışında qalib gələn Donald Trampı kampaniyası boyunca dəstəkləyən milyarder İlon Maska məxsus tətbiqetmədə aktivlik davam edir.

Trampın qələbəsindən sonra ən böyük qazanc əldə edən Maskın X platforması istifadəçilərini itirir.

ABŞ-də seçki prosesi zamanı məzmunla bağlı narahatlıqlara istinad edərək, əksər şirkətlər sosial media platforması X-də paylaşımları dayandırıblar.

Bu səbəbdən hesablarını bağlamış bəzi X istifadəçiləri fikirlərini dərc etmək və başqaları ilə onlayn ünsiyyət qurmaq üçün alternativ platforma axtarırlar.

Bu alternativ platforma isə "Bluesky" oldu.

Sosial media saytı "Bluesky" ABŞ seçkilərindən sonrakı həftədə 1 milyon yeni istifadəçi qazanıb.

GİRİŞ YALNIZ XÜSUSİ DƏVƏT İLƏ OLUB

Seçilən
43
aznews.az

1Mənbələr